...

Moskvada Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına xarici pasportlar veriləcək

Siyasət Materials 23 Yanvar 2007 13:17 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfirliyinin konsul xidmətinin nəzdində pasportların alınması üçün Azərbaycan vətəndaşlarının sənədləşdirilməsi başlayıb. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə səfirlikdə bu istiqamətə rəhbərlik edən, Azərbaycan DİN-in RF-dəki nümayəndəsi Vaqif Şərifov məlumat verib.

Bundan başqa, o qeyd edib ki, Rusiya ərazisində yaşayan və işləyən soydaşlara yardımın göstərilməsi üzrə dövlət komissiyasının tədbirləri çərçivəsində Azərbaycan prezidenti İ.Əliyevin tapşırığının icrası məqsədilə Azərbaycan DİN səfirlikdə pasportların alınması üçün sənədlərin rəsmiləşdirilməsi üzrə xidmət təşkil edib. "Azərbaycan DİN-dən Moskva və Sankt-Peterburqa əməkdaşlar ezam ediliblər. Onlar sənədləri vətəndaşlardan qəbul edir və Respublika DİN-in müvafiq şöbəsinə göndərirlər. Sonra hazır xarici pasportlar bir ay ərzində öz sahiblərinə verilir. Bu iş Azərbaycan DİN başçısı Ramil Usubovun birbaşa nəzarəti altındadır", - deyə Vaqif Şərifov bildirib.

Onun sözlərinə görə, yeni pasport almaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır: şəxsiyyət vəsiqəsi (əsli və surəti), dövlət rüsumunun ödənilməsi haqqında qəbz, 35 yaşa qədər kişilər üçün hərbi bilet və fotoşəkillər. Sənədlərin rəsmiləşdirilməsi müddəti 1 aydır. Sonra pasportlar Bakıdan Rusiyada olan Azərbaycan vətəndaşlarına göndərilir. "Paspotda gediş-gəliş, yəni RF sərhəddindən keçmə haqqında möhürün olması ilə bağlı problemlərdən qaçmaq üçün Moskvada verilən pasportlarda möhür qoyulur ki, pasport Azərbaycanın Rusiyadakı səfirliyinin konsul xidməti tərəfindən verilib", - deyə Vaqif Şərifov qeyd edib.

Xəbər lenti

Xəbər lenti