...

İpoteka Fondunun rəhbəri: "Azərbaycanda ipoteka kreditləri verilməsi mexanizxminin təkmilləşdirilməsi ilə ipoteka krediti verilməsi kütləvi xarakter alacaq"

Siyasət Materials 24 Yanvar 2007 15:32 (UTC +04:00)

Prezidentin göstərişi ilə ipoteka kreditlərinin verilməsi mexanizmi təkmilləşdirilib və Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları təsdiqlənib. Trend in verdiyi xəbərə görə, çərşənbə günü mətbuat konfransında Azərbaycan ipoteka fondunun (AİF) icraçı direktoru Faiq Məmmədov məlumat verib ki, ipoteka kreditləri verilməsi şərtlərinin təkmilləşdirilməsi ilə nəinki Bakıda, həm də bölgələrdə əhalinin bu maliyyə alətinə girişini genişləndirmək olar.

əvvəlkilər

Ümumi ipoteka

kreditləri

Ümumi ipoteka

kreditləri

Sosial ipoteka

Kredit verilmə müddəti

müddəti

15 il

25 il

30 il

İlkin ödəniş

lkin ödəniş

30%

15-0%

15-0%

Kreditin maksimal məbləği

məbləği

30 000

50 000

35 000

Maksimum faiz qoyuluşu

qoyuluşu

12%

8%

4%

Gəlirlə münasibətdə

annuitet ödənişləri

münasibətdə

annuitet ödənişləri

ödənişləri

50%

70%

70%

Sığorta növü

ığorta növü

Əmlak və həyatın sığortası

həyatın sığortası

Əmlak sığortası

sığortası

Əmlak sığortası

sığortası

Defolt müddəti

müddəti

2 ay

3 ay

3 ay

F.Məmmədovun sözlərinə görə, sosial ipoteka kreditləri almağa gənc ailələrin, şəhid ailələrinin, Milli qəhrəmanların, məcburi köçkünlərin, 3 ildən az olmayaraq dövlət qulluğunda işləyənlərin, elmələr namizədlərinin, həkimlərin, idmançıların, xüsusi xidməti olanların, müdafiə nazirliyinin hərbi qulluqçularının, 3 ildən az olmayaraq hərbi qulluqda çalışanların hüququ çatır.

Ay ərzində güzəştli ipoteka kreditləri ala bilən hərbi qulluqçuların arasında kateqoriyaları genişləndirmək təkliflərini təqdim etmək nəzərdə tutulur. Belə hüquqlar Müdafiə nazirliyi çərçivəsində, həmçinin, mülki müdafiədəki hərbi qulluqçuların, sərhəd qoşunları və fövqəladə hallar orqanlarının qulluqçularına verilə bilər.

Xəbər lenti

Xəbər lenti