...

MDB dövlətlərinin gənclərlə iş şurası gənclər siyasətini müzakirə edəcək

Siyasət Materials 24 Yanvar 2007 17:40 (UTC +04:00)

MDB iştirakçı dövlətlərinin gənclərlə iş şurasının sabahkı iclasında 2007-ci ilə iş planı nəzərdən keçiriləcək, Bu barədə Trend MDB-nin İcra Komitəsinə istinadən xəbər verir.

Şuranın üzvləri MDb-nin mənzil qərargahına ikinci dəfə yığışacaq. Birinci iclas 2006-cı ilin 14 sentyabrında keçirilib. Müzakirələrdə dövlətin gənclər siyasətini həyata keçirən ictimai birlik və dövlət orqşanlarının qarşılıqlı fəaliyyəti, gənclər problematikası üzrə ikitərəfli və çoxtərəfli layihələrin gerçəkləşməsi, birgə kadr hazırlığı, MDB dövlətlərinin gənclərlə iş sahəsində əməkdaşlığa dair razılaşması əsasında iştirakçı dövlətlər barədə məlumatların yayılması məsələlərinə toxunulub. Həmin iclasda Şuranın sədri Belarus Respublikası təhsil nazirinin müavini Tatyana Nikoloyevna Kovalyova seçilib.

Qarşıda duran iclasda Şuranın üzvləri MDB-nin İcra Komitəsinin saytında Şuranın məlumat səhifəsinin yaradılması və təmin olunması məsələsini müzakirə edəcək.

Azərbaycanı iclasda Belorusiyadakı diplomatik missiyanın nümayəndələri təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti