...

Azərbaycan səfiri Malta hökümətinin rəsmi şəxsləri ilə görüşüb

Siyasət Materials 24 Yanvar 2007 18:57 (UTC +04:00)

Azərbaycanın İtaliya və Malta respublikasındakı səfiri Emil Kərimov yeni il münasibətilə Malta hökümətinin xarici ölkələrin diplomatik missiyalarının rəhbərləri üçün təşkil etdiyi ənənəvi qəbullarda iştirakı çərçivəsində bu ölkənin rəsmii şəxsləri ilə görüşüb. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən xəbər veriblər.

Bayram mərasimləri çərçivəsində Azərbaycan səfiri prezident Edvard Fenek Adami ilə, baş nazir Lavres Qonzi ilə, xarici işlər naziri Mikael Frendo ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti