...

Azərbaycan Rusiyaya qaz ixrac edən ölkə ola bilər

Siyasət Materials 25 Yanvar 2007 17:11 (UTC +04:00)
Azərbaycan Rusiyaya qaz ixrac edən ölkə ola bilər

"Qazprom" SC əməkdaşlıq üzrə yeni təkliflərlə Azərbaycan hökumətinə müraciət edib. Bu barədə Trend xəbər verir.

RF-nin Azərbaycandakı ticarət nümayəndəliyinin başçısı Yuri Şedrinin cümə axşamı verdiyi məlumata görə, "Qazprom"un təkliflərinə yanacağın Rusiyanın cənub bölgələrinə ixrac edilməsi məqsədilə Rusiya qazının yığılması üçün Azərbaycanın qaz anbarlarından istifadə daxildir.

Onun sözlərinə görə, Azərbaycanda qazın saxlanması üzrə böyük təcrübə və potensial var. Fəaliyyətdə olan qaz anbarlarından şəxsi qazın saxlanması üçün istifadə olunmasına baxmayaraq, "Qazprom"un təklifinin məqsədi onların genişləndirilməsi və əlavə layların istifadə olunmasıdır.

O bildirib ki, Azərbaycan və Rusiya arasında qaz tədarükü üzrə razılaşmanın olmaması məsələsini siyasiləşdirmək lazım deyil. Baş tutmayan danışıqlarla bağlı o, "Qazpromeksport"un nümayəndəliyinin bağlanması üçün heç bir səbəb görmür.

"Əgər bu gün Azərbaycanın Rusiya qazına ehtiyacı varsa, o zaman böyük "Şahdəniz" layihəsinin reallaşdırılmasını nəzərə alaraq, növbəti illərdə Azərbaycan Rusiyanın cənub bölgələrinə qaz ixrac edən ölkə ola bilər", - deyə Yuri Şedrin bildirib.

Xəbər lenti

Xəbər lenti