...

Bakıda Xolokost qurbanlarının beynəlxalq xatirə günü keçirilib

Siyasət Materials 25 Yanvar 2007 17:38 (UTC +04:00)

"Xolokost unikal faciədir. On illər keçməsinə baxmayaraq, milyonlarla yəhudinin sistematik qətli əvvəlki kimi heyrət doğurur"-BMT-nin baş katibliyinin 27 yanvar - Xolokost qurbanları xatirə günü ilə bağlı məktubunda belə deyilir, bu barədə Trend xəbər verir.

Yanvarın 25-də Təşkilatın Bakı nümayəndəliyində Osvensim düşərgəsinin azad olunmasına həsr olunmuş tədbir təşkil olunub. Yanvarın 27-i BMT-nin qərarı ilə Xolokosti qurbanlarının beynəlxalq xatirə günü elan edilib, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Barsotti tədbirdə çıxış edərkən söyləyib.

Azərbaycan 2005-ci ildə BMT-nin 103 iştirakçı ölkəsi sırasında Xolokost üzrə təşkilatın qətnaməsini imzalayıb, bunu tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Artur Link söyləyib. Onun sözlərinə görə, bu gün bölgədə tarixi həqiqətləri inkar edən dövlətlər var. Müsəlman şiə dövlət rəhbərlərinin belə çıxışları təəssüf doğurur, deyə səfir qeyd edib.

Azərbaycan XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə Azərbaycanın insan haqları tərəfdarı olduğunu vurğulayaraq bütün qüvvələri BMTnin çıxış etdiyi hüquq və müdafiə imkanlarından bütün xalqların istifadə etməsinə səfərbər etməyin vacibliyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti