...

İlham Əliyev bəyan edib ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək

Siyasət Materials 29 Yanvar 2007 17:33 (UTC +04:00)

Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək. Bu barədə bu gün Parisə səfəri başlayan Azərbaycan prezidenti İlham Əliyev "Fiqaro" qəzetinə verdiyi müsahibəsində bildirib. Fransa Rusiya və ABŞ-la birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik cəhdlərində iştirak edir.

Azərbaycan lideri danışıqlar prosesində irəliləyişin olmamasına görə məsuliyyəti Ermənistanın üzərinə qoyub. Onun sözlərinə görə, "dekabrda Dağlıq Qarabağda təşkil olunmuş konstitusiya üzrə qondarma referendum tamamilə qanunsuz idi". "Ermənistan başa düşməlidir ki, biz bu ərazinin müstəqilliyinə heç vaxt razılıq verməyəcəyik", - deyə o bildirib.

Əliyev qeyd edib ki, Bakı Dağlıq Qarabağ üçün "Azərbaycanın tərkibində maksimal şəkildə geniş muxtariyyat" təklif edir.

Münaqişənin hərbi yolla həll olunması ehtimalı varmı - sualına cavab verən Əliyev bildirib: "Görünür, bizim iqtisadi gücümüz və siyasi çəkimiz bir dəfə bizə torpaqlarımızın azad olunması üçün vəsait verəcək. Biz buna müharibə etmədən, sülh yolu ilə gəlməyə üstünlük veririk". Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti