...

Hava Hücumundan Müdafiə Qüvvələrinin zabitləri dindirilir

Siyasət Materials 29 Yanvar 2007 19:22 (UTC +04:00)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin zabitləri dindirilir. Bu barədə Trend ə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Hava Hücumundan Müdafiə Qüvvələrinin zabit heyətinin dindirməyə cəlb olunması həmin qurumun 12 zabitinin yeyinti hallarına yol verdiklərinə görə həbs edilmələrindən sonra başlanıb.

Hazırda istintaq davam etdiyi üçün Hərbi Prokurorluqdan əlavə məlumat verilmir. Yalnız bildirilir ki, komandirləri həbs edilmiş Şəmkir və Gəncədəki hərbi hissələrdə ciddi yoxlamalar davam edir.

Qeyd edək ki, Gəncədəki N saylı hərbi hissənin və Hava Hücumundan Müdafiə Qüvvələrinin Şəmkirdəki N saylı hərbi hissəsinin komandirləri Şaiq Xamayev və Arzu İbrahimov, o cümlədən daha 10 zabit həbs edilib. Hərbi hissə kmandirləri Xanlar rayonundakı "Dostluq" istehsalat firmasının direktoru İsa Məmmədovla cinayət əlaqəsinə girərək külli miqdarda yanacaq materialları mənimsəməkdə təqsirli bilinir. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti