...

MDB ölkələri sərhəd qoşunları komandanları şurasının növbəti iclası apreldə keçiriləcək

Siyasət Materials 30 Yanvar 2007 12:58 (UTC +04:00)

MDB İcra Katibiliyinə istinadən Trend xəbər verir ki, MDB üzv-ölkələri sərhəd qoşunları komandanları şurasının növbəti iclası aprelin 12-13-də Yerevanda keçiriləcək.

Şura keçən il üçün orqanın fəaliyyəti barədə hesabatı dinləyəcək, Birlik üzv-ölkələri arasında əməkdaşlığın gələcək inkişaf ilə bağlı tədbirlər planını təsdiq edəcək.

Qeyd edək ki, bu orqanın yaradılması barədə qərar 1992-ci ildə qəbul edilib. Şuranın iclası lazım olduğu təqdirdə, lakin rübdə bir dəfədən az olmamaq şərtilə keçirilir.

Xəbər lenti

Xəbər lenti