...

Qars qubernatoru: "Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yalnız dövlət səviyyəsində həll oluna bilər"

Siyasət Materials 30 Yanvar 2007 15:41 (UTC +04:00)

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yalnız dövlət səviyyəsində həll oluna bilər. Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Qars əyalətinin qubernatoru Məhmət Ufuk Erden Azərbaycan KİV nümayəndələrinı bəyan edib.

Qarsda Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı barədə bəyanata şərh verərkən qubernator qeyd edib ki, bununla əlaqədar heç bir dəyişiklik yoxdur. Onun sözlərinə görə, 1993-cü ildən Ermənistanla sərhədlər bağlıdır. "Biz hökümətin siyasətini dəyişə bilmərik, biz onu həyata keçiririk"-deyə Məhmət Ufuk Erden söyləyib.

O, həmçinin əlavə edib ki, bu gün "erməni genosidi" adlanan məsələ gündəlikdə durmalı deyil, tarixçilər tərəfindən tədqiq olunmalıdır. Qubernator həmçinin məlumat verib ki, ötən əsrin əvvəllərində Türkiyənin şərq hissəsində ermənilər tərəfindən türklərin kütləvi qətlləri olub. Belə dəfn olunmuşlar son illər arxeoloqlar və tarixçilər tərəfindən Qarsın özündə də tapılıb, xüsusən belə basdırılma yerindən 512 türkün şikəst edilmiş cəsədi aşkar olunub.

Xəbər lenti

Xəbər lenti