...

Milli Məclisin mətbuat katibi: "Deputat köməkçilərinin təyin olunması qanuna uyğun şəkildə davam edir"

Siyasət Materials 31 Yanvar 2007 17:53 (UTC +04:00)

"Deputat köməkçilərinin təyin olunmasında heç bir problem yoxdur. Bu məsələ haqqında bəzi qəzetlərdə yazılanların heç bir əsası yoxdur." Trend in məlumatına görə, jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov belə deyib.

"Bu məsələ tam qanunauyğun şəkildə gedir. Deputatlar öz namizədlərini müəyyənləşdirirlər. Bununla bağlı qaydalar müəyyənləşdirilib və namizədlərin seçilməsi buna uyğun olmalıdır", -deyə parlamentin sözçüsü əlavə edib.

Qeyd edək ki, deputat köməkçilərinin təyin olunması ilə bağlı qaydalar təsdiq olunub. Bu qaydalara görə, köməkçiliyə namizədliyi irəli sürülən şəxslər deputatın seçildiyi dairənin ərazisində daimi qeydiyyatda olmalı və yaşamalı, millət vəkilinin yaxın qohumu olmamalı, ali təhsilli olmalıdır. Köməkçilər Milli Məclisdə deyil, deputatın seçildiyi dairədə oturacaqlar.

A.Nəsirov vurğulayıb ki, bu, heç də asan məsələ deyil və proses bir neçə ay davam edə bilər.

Xəbər lenti

Xəbər lenti