...

Naxçıvanda Gənclər Günü qeyd olunur

Siyasət Materials 1 Fevral 2007 12:17 (UTC +04:00)

2 fevral - Azərbaycan Gəncləri günü Naxçıvan MR-də geniş qeyd olunur. Trend in Naxçıvan Bürosu xəbər verir ki, Naxçıvan MR Rəssamlar Birliyinin Sərgi salonunda keçirilən tədbir Naxçıvan MR Gənclər və İdman və Naxçıvan Mədəniyyət və Turizim nazirliklərinin təşkilatçılığı ilə baş tutub.

Rəsm müsabiqəsi nümunələrinin yer aldığı sərgidə Naxçıvan MR gənclər və idman naziri Sucaxan Novruzov və Naxçıvan MR mədəniyyət və turizim naziri Sarvan İbrahimov da iştirak edib. Rəsm müsabiqəsində fərqlənənlər adıçəkilən təşkilatların, həmçinin Naxçıvan MR Rəssamlar Birliyinin diplom və fəxri fərmanları ilə təltif edilib.

Bundan əlavə, bu gün Gənclik Mərkəzində viktorina-disput, Naxçıvan Dövlət Universitetində gənclərin iştirakı ilə "Dəyirmi masa" təşkil edilib.

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən Trend ə bildiriblər ki, bu gün həm də adıçəkilən nazirliklərin təşkilatçılığı ilə keçirilən şeir müsabiqəsinin Muxtar Respublika mərhələsinə yekun vurulacaq. Silsilə tədbirlər növbəti 2 gün ərzində müxtəlif təşkilat və hərbi hissələrdə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti