...

Nazir: Azərbaycan prezidentinin ABŞ-a səfəri iqtisadi əməkdaşlığın inkişafına təkan verib

Siyasət Materials 7 Fevral 2007 11:26 (UTC +04:00)
Nazir: Azərbaycan prezidentinin ABŞ-a səfəri iqtisadi əməkdaşlığın inkişafına  təkan verib

Trend in məlumatına əsasən, bu gün Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Amerika komissiyasının birinci iclası öz işinə başlayıb.

İşçi qrupdan yaradılmış komissiyanın həmsədrləri Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, Amerika tərəfindən isə - dövlət katibinin müavini Daniel Salivandır.

İclası açan Azərbaycanın maliyyə naziri bu iclasın ədliyyə, fövqaladə, iqtisadi inkişaf, vergilər, kənd təsərrüfatı nazirlərinin, baş prokuror, Dövlət Gömrük Komitəsi, Azərbaycan Dövlət Neft fondu, Milli Bankın rəhbərləri, Yanacaq və Energetika, Rabitə nazirliklərinin və parlament nümayəndələrinin iştirakı ilə ilk dəfə geniş formatda keçirildiyini qeyd edib.

Nazirin sözlərinə görə, 2006-cı ilin aprel ayında Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərindən sonra əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib.

"Buna sübut komissiyanın bu gün keçirilən iclasıdır. Azərbaycan prezidentinin ABŞ-a səfəri ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına və gücləndirilməsinə, həmçinin siyasi, humanitar və iqtisadi sahələrdə təkan olub", deyə o, qeyd edib. İqtisadi əlaqələr üzrə işçi qrupunun statusunun dəyişilməsi hazırda qüvvədə olan iqtisadi əməkdaşlıq komissiyasına qədər imzalanmış memorandum əsasında razılıq əldə olunub.

Nazir ABŞ və Azərbaycan arasında əməkdaşlığı yalınz keyfiyyət baxımından deyil, həmçinin kəmiyyət baxımından da inkişaf edəcəyini hesab edir.

ABŞ dövlət katibinin müavini ölkəsinin əməkdaşlığın genişləndirilməsi arzusunu təsdiq edib. Buna sübut komissiyanın hazırkı tərkibidir. Komissiyada ölkələr arasındakı cari əməkdaşlığın vəziyyəti, Azərbaycan iqtisadiyyatının diversifikasiyası, maliyyə sahəsində islahatların davam etdirilməsi, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirmək, biznes iqliminin gücləndirilməsi, enerji sektorunun inkişafı, açıq hava məkanının leqallaşdırılması üzrə dialoq təklifləri ilə bağlı məsələlər müzakirə olunub.

İclasın yekununda 8 sənədin imzalanması gözlənilir: "Dövlət investisiya siyasətinin layihəsi əsasında qarşılıqlı anlaşma memorandumu", ""xəzinənin informasiyalı idarəedilməsi sistemi" layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu", "ilkin tibbi xidmətin səviyyəsini artırmaq üzrə qarşılıqlı anlaşma memorandumu", "təcili tibbi yardım haqqında qarşılıqlı memorandum", "Dövlət Neft Fondunun institual inkişafı layihəsi üzrə texniki yardımın II fazası çərçivəsində məhsulların alınması və xidmətlərin maliyyələşməsi haqqında qrant razılığı".

İclasın yekunu olaraq birgə rəsmi sənəd qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti