...

Parlamentin Aqrar siyasət daimi komissiyasının iclasında "Atçılıq haqqında" qanun layihəsi müzakirə olunub

Siyasət Materials 7 Fevral 2007 17:46 (UTC +04:00)

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının fevralın 7-də keçirilən iclasında "Atçılıq haqqında" qanun layihəsi müzakirə olunub. Bu barədə Trend xəbər verir.

Xatırladaq ki, adıçəkilən qanun layihəsi Milli Məclisin payız sessiyasında birinci oxunuşdan keçib.

Parlamentin Aqrar siyasət daimi komissiyasının sədri. millət vəkili Eldar İbrahimov bildirib ki, qanun birinci oxunuşda müzakirə olunan zaman səsləndirilən təkliflər əsasında layihədə bir sıra dəyişikliklər edilib. Onun fikrincə, qanun elə formada hazırlanmalıdır ki, atçılığın problem olunmasına və bu sahənin inkişaf etdirilməsinə yardım göstərsin.

Yeni qanunla Dilboz və Qarabağ at cinslərinin Azərbaycana məxsus olmasının hüquqi bazası yaradılır. Eyni zamanda cins atlar hesab olunan Dilboz və Qarabağ atlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən patentləşdirilməsini nəzərdə tutur. Bundan başqa ilk dəfə olaraq Azərbaycan vətəndaşı olmayan xarici ölkələrin nümayəndələrinə atçılıqla məşğul olmağa icazə verilir.

İclasda iştirak edən Kənd Təsərüfatı Nazirliyinin təmsilçiləri müzakirə olunan məsələyə dair bir sıra təkliflər səsləndirblər.

Müzakirələr zamanı çıxış edən atçılıq təsərüfatlarının nümayəndləri Kənd Təsərüfatı Nazirliyinin nümayəndələrini bu sahəyə biganə yanaşmaqda, atçılığı məhv etməkdə ittiham ediblər.

Müzakirələrdən sonra qanun layihəsinin ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılması tövsüyyə olunub.

Xəbər lenti

Xəbər lenti