...

Prezident İlham Əliyev ATƏT Parlment Assambleyasının rəhbəri Qoran Lenmarkeri qəbul edib

Siyasət Materials 8 Fevral 2007 19:26 (UTC +04:00)

Fevralın 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkeri qəbul edib. Bu barədə Trend ə Prezident Aparatından məlumat verilib.

Görüşdə regionda cərəyan edən hadisələrdən, iqtisadi durumdan, irimiqyaslı layihələrin həyata keçirilməsindən danışılıb. Prezident İlham Əliyev regionda müsbət hadisələrlə yanaşı, mövcud münaqişələrin ümumi inkişaf prosesinə böyük əngəl törətdiyini də bildirib. İ.Əliyev Qars-Tbilisi-Bakı dəmir yolu layihəsinin icrasına başlanılması münasibətilə Gürcüstanda olduğunu və bu layihənin son dərəcə böyük əhəmiyyət daşıdığını bildirib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu bildirən İ.Əliyev maneələrə baxmayaraq, ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini və Azərbaycanın artıq güclü enerji təminatçısına çevrildiyini deyib.

Q.Lenmarker Azərbaycanda yüksək iqtisadi inkişafı və eyni zamanda, çox mühüm amil kimi, insanlarda nikbin əhval-ruhiyyəni müşahidə etdiklərini söyləyib. O, Azərbaycanda təkcə iqtisadi sahədə deyil, digər sahələrdə də inkişafın müşahidə olunduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti