...

Prezident İlham Əliyev: Regionların sosial-iqtisadi inkişaf proqramı Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutur

Siyasət Materials 13 Fevral 2007 13:41 (UTC +04:00)
Prezident İlham Əliyev: Regionların sosial-iqtisadi inkişaf proqramı Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutur

2004-2008-ci illərdə Azərbaycanda regionların sosial-iqtisadi inkişaf proqramının realizəsi çərçivəsində idxalı əvəz edən güclü istehsalat yaradılır və 3 il ərzində 520 min yeni iş yeri yaradılıb. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan prezidenti İlham Əliyev bu proqramın realizəsinə həsr olunmuş konfransda çıxış edərkən bildirib.

O qeyd edib ki, proqram Azərbaycanın hərtərəfli inkişafını, o cümlədən neft-qaz sahəsinin inkifaş etdirilməsini nəzərdə tutur. Dövlət başçısı bildirib: "Bəzən proqramın komponentləri tam şəkildə yerinə yetirilmir, lakin bu, ümumi işlərlə müqayisədə çox az faiz təşkil edir. Lakin mən istəyirəm ki, heç bu da olmasın". Prezident həmçinin əlavə edib ki, məhz bu məsələlərlə əlaqədar müvafiq orqanlarla iclaslar keçirir.

İlham Əliyev əlavə edib ki, 2005-ci ildə Azərbaycanın iqtisadi artımı 26 faiz, 2006-cı ildə isə 35 faiz təşkil edib. Bu il üçün bu göstərici həmin səviyyədə proqnozlaşdırılır. Prezident bildirib ki, büdcənin xərclər hissəsi artır. Onun fikrincə, əgər 2003-cü ildə bu göstərici 1,4 mlrd. manat olubsa, 2007-ci ildə 6.5 mlrd. və hətta bir qədər çox təşkil edəcək. Dövlət başçısı vurğulayıb: "Bir neçə aydan sonra biz yəqin ki, büdcəni yenidən nəzərdən keçirəcəyik, çünki yeni gəlirlər də nəzərdə tutulur".

Onun sözlərinə görə, rayonlardan şəhərə miqrasiya xeyli azalıb, yoxsulluq həddində yaşayanların sayı da azalıb - üç il ərzində yoxsulluq səviyyəsində yaşayanların sayı 49 faizdən 20 faizə qədər azalıb. Ölkə başçısı bildirib: "Bizim siyasət, bizim iqtisadi islahatlar sosial istiqamətə malikdir".

Prezident Bakı-Tbilisi-Qars üzrə dəmir yolu əlaqəsinin açılmasını Azərbaycan, Gürcüstan və Türkiyənin qələbəsi kimi qiymətləndirib. İlham Əliyev qeyd edib: "Enerji dəhlizləri nəzərə alınmaqla biz tranzit ölkəyə çevrilirik. Bu fakt bir daha göstərir ki, Azərbaycanın strateji əhəmiyyəti artır. Biz özəl sektoru inkişaf etdiririk. Üç il ərzində özəl sektorun ÜDM-də payı 73 faizdən 81 faizə qədər artıb".

Prezident vurğulayıb ki, 2005-2007-ci illərdə ÜDM iki dəfə artıb. Xarici investisiyalarla müqayisədə daxili investisiyaların sayı artır. 2007-ci il ərzində daxili investisiyalar yarım milyard manat səviyyəsində nəzərdə tutulur.

Prezident ölkədə mövcüd olan problemlərə də toxunub. İlham Əliyev bildirib: "Kifayət qədər problem var. Bəzi hallarda sosial ədalət pozulur. Biznesə qeyri-qanuni müdaxilələrlə bağlı ədalətsiz qərarlar da var". Prezident həmçinin əlavə edib ki, Azərbaycan öz neft-qaz potensialının inkişafının ilkin mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti