...

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti fevralın 21-də Vyanaya yola düşəcək

Siyasət Materials 19 Fevral 2007 13:46 (UTC +04:00)

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin üzvləri qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 21-də axşam Avstriya paytaxtı Vyanaya yola düşəcəklər. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin katibi, Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin müdür müavini İlqar Fərzəliyev məlumat verib.

Xatırladaq ki, ATƏT PA-nın qış sessiyası fevralın 22-23-ü tarixlərində Vyanada keçiriləcək.

Ölkəmizi təmsil edən deputatlar sessiyada müzakirə olunan məsələlərlə bağlı çıxış edəcəklər, iclas Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində keçirildiyinə görə, hər il olduğu kimi bu dəfə də Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəklər.

Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova rəhbərlik edir. Nümayəndə heyətinə millət vəkilləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov və Fazil Mustafayev daxildir. Nümayəndə heyətinin katibi İlqar Fərzəliyevdir.

Nümayəndə heyəti fevralın 24-də Azərbaycana qayıdacaq.

Xəbər lenti

Xəbər lenti