...

Cənubi Koreyada Azərbaycan səfirliyi fəaliyyətə başlayıb

Siyasət Materials 23 Fevral 2007 12:18 (UTC +04:00)
Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Cənubi Koreyada Azərbaycan səfirliyi fəaliyyətə başlayıb. Bu barədə Azərbaycan XİN mətbuat və informasiya siyasəti şöbəsinin rəsi Tahir Tağızadə bildirib.Xarici KİV-lərə müsahibəsi zamanı Cənubi Koreya xarici işlər naziri Yun Yen Qvan bildirib ki, 1992-ci ildə Azərbaycanla Cənubi Koreya arasında ikitərəfli münasibətlər yaranandan Azərbaycan səfir Rövşən Cəmşidov başda olmaqla Seulda nümayəndəliyin açılması üzərində çalışıb. O qeyd edib ki, Cənubi Koreya prezidenti Rox Mo-xuanın azərbaycanlı həmkarı İlham Əliyevlə 2006-cı ilin mayında razılaşmasından sonra bu işdə irəliləyiş baş verib. Cənubi Koreya Avrasiya ölkələrində keçən ilin mart ayından diplomatik missiyalar açıb ki, daha sonra həmin missiyalar səfirlik statusu alıb. XİN rəsmi nümayəndəsi bildirib ki, Azərbaycanın Cənubi Koreyadakı səfirliyi hələ keçən il açılmalı idi, lakin təxirə salınmışdı. Nazirin sözlərinə görə, ölkələr arasında mal dövriyyəsi son ildə 41 milyon ABŞ dolları təşkil edib.
Xəbər lenti

Xəbər lenti