Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Avropa Birliyinin Venesiya komissiyası Azərbaycan hökumətindən "Sərbəst toplaşmaq haqda" qanun və Seçki Məcəlləsi haqda qərarını gözləyir. Qanunların və Seçki Məcəlləsinin müzakirəsinə həsr olunmuş növbəti görüş Bakıda keçiriləcək. Bu barədə komissiyanın nümayəndəsi Tatyana Mışelova məlumat verib.
Avropa Birliyində Azərbaycanın daimi nümayəndəliyindən öncə verilən məlumata əsasən, bu tarixlərdə Bakıda ATƏT, Azərbaycan hökuməti və Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin iştirak edəcəyi qanunların müzakirəsinə həsr olunmuş dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.