...

Cənubi Afrikanın Keyptaun şəhərində Dünya Parlamentlərinin Baş Assambleyasının iclası keçiriləcək

Siyasət Materials 1 Mart 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Hüseynli/Martın 14-18-də Cənubi Afrikanın Keyptaun şəhərində Dünya Parlamentlərinin Baş Assambleyasının iclası keçiriləcək. Bu barədə Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun həmsədri, millət vəkili Azay Quliyev məlumat verib. 100-dən artıq ölkənin parlamentarilərinin qatılacağı ali toplantıda Azərbaycan Milli Məclisini Azay Quliyev və Azər Əmiraslanov təmsil edəcəklər.

A.Quliyevin sözlərinə görə, iclasda yoxsulluğun azaldılması, korrupsiya qarşı mübarizə, regionların inkişafı, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və digər qlobal məsələlər müzakirə ediləcək. Millət vəkili ali toplantıda Azərbaycanda gedən ictimai-siyasi, iqtisadi islahatlar, yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlər barəsində məruzə edəcəklərini də deyib.

Xəbər lenti

Xəbər lenti