...

Deputat Asəf Hacıyev: "Təhsil haqqında" qanun Milli Məclisdə müzakirə olunmaq üçün tam hazır deyil"

Siyasət Materials 1 Mart 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/"Təhsil haqqında" qanun Milli Məclisdə müzakirə olunmaq üçün tam hazır deyil. Parlamentin Elm və Təhsil məsələləri daimi komissiyasının üzvü Asəf Hacıyev bildirib ki, "Təhsil haqqında" qanun 40-dan artıq əlaqədar təşkilata göndərilsə də, hələlik onlar layihə haqqında rəylərini bildirməyiblər.

"Həmin təşkilatların rəyləri alındıqdan sonra Elm və Təhsil komissiyası məsələni müzakirə etməlidir. Bu rəylər əsasında qanun layihəsi üzərində işlənəcək və sənəddə müəyyən əlavə və dəyişikliklər edilə bilər. Həmin rəylər alınmadığına görə, qanun layihəsi müzakirə olunmağa hazır deyil", deyə komissiya üzvü qeyd edib.

A.Hacıyev vurğulayıb ki, "Təhsil haqqında" qanunda bir sıra prinsipial məsələlər var və onlara aydınlıq gətirilməsi vacibdir. Onun sözlərinə görə, hazırda müzakirə olunan layihə çərçivə qanunudur.

Bundan sonra "Ali təhsil haqqında", "Orta məktəblər haqqında" və elm və təhsillə bağlı başqa qanunların qəbul olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti