...

Azərbaycan prezidenti Qəbələdə bir sıra sosial obyektlərə baş çəkib

Siyasət Materials 2 Mart 2007 14:37 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Bu gün Qəbələyə səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev bir sıra sosial obyektlərə baş çəkib. O, həmçinin Qəbələdə Diaqnostika Mərkəzi və İstirahət Evinin tikintisinin gedişi ilə tanış olub.

Dövlət başçısı konserv zavoduna baş çəkib, "Qəbələ" ticarət kompleksində, kərpic zavodunda, həmçinin 576 şagird üçün nəzərdə tutulmuş kənd orta məktəbində olub. Prezident həmçinin məşhur oftalmoloq Zərifə Əliyeva adına parkın açılış mərasimində də iştirak edib və ictimaiyyətlə görüşüb.

Prezidentin baş çəkdiyi növbəti məntəqə isə 96 nəfərlik "Qəbələ" mehmanxanası olub. Mehmanxana nəzdində fitnes-zal, sauna, masaj zalı yerləşir, həmçinin digər xidmətlər, o cümlədən, həm Qəbələ daxili, həm də qonşu rayonlara səyahətlərin təşkili də təqdim olunur, Mehmanxanada yerlərin qiyməti 40 manatdan 80 manatadək təşkil edir.

Xəbər lenti

Xəbər lenti