...

Milli Məclis Zığ və Hövsan neft yataqlarının işlənməsinə dair qanun layihəsini müzakirə edəcək

Siyasət Materials 5 Mart 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 6-da keçiriləcək iclasında insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın 2006-cı ilin yekunları ilə bağlı hesabatı dinləniləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda həmçinin "Ümumdünya Poçt İttifaqının "Poçt ödənişləri haqqında" qanun layihəsi, Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,  Russneft Abşeron İnvestments Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi, "Əmək pensiyaları  haqqında"  qanunun  tətbiqi ilə əlaqədar  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi və bəzi  qanunvericilik  aktlarının  qüvvədən  düşmüş  hesab  edilməsi barədə" qanun layihəsi və GUAM-la bağlı bəzi saziş və qanunların təsdiq edilməsi məsələsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti