...

Səfir: Rusiya Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin filialları məsələsinə olduqca ciddi yanaşmağa hazırdır

Siyasət Materials 6 Mart 2007 14:44 (UTC +04:00)
Səfir: Rusiya Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin filialları məsələsinə olduqca ciddi yanaşmağa hazırdır

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/ Rusiya Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin filialları məsələsinə bu filiallarda təhsilin keyfiyyətini təmin etmək üçün olduqca ciddi yanaşmağa hazırdır. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun məlumatına əsasən, bu mövqeni bu yaxınlarda Azərbaycana səfər etmiş Rusiyanın elm və təhsil naziri Andrey Fursenko da bildirib.

Diplomat hesab edir ki, əgər bu filiallar keyfiyyətli təhsil təmin edə bilmirsə, sözsüz ki, onlar fəaliyyət göstərməməlidir. Səfirin sözlərinə görə, Azərbaycanla danışıqlar zamanı Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılması və əksinə, məsələsi qaldırılıb. Yaxın perspektivdə Bakıda M.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) filialının açılışı məsələsi dayanır. Bakıda filialın yaradılması məsələsinin müzakirəsi məqsədilə MDU rektorunun səfəri planlaşdırılır.

Həmçinin iki ölkə arasında təhsil sahəsində müqavilə-hüquq bazasının möhkəmləndirilməsi planı da mövcuddur, - deyə səfir bildirib.

Diplomat bildirib ki, Rusiya hökuməti Azərbaycanda rus dili ili çərçivsəində bir sıra tədbirlər həyata keçirəcək. Səfirin sözlərinə görə, Bakıya artıq 36 ton çəkidə 310 adda kitab gətirilirb. Bu kitablar ölkənin təhsil müəssisələri və kitabxanalarına təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti