...

Deputat Nəsib Nəsibli: "Azərbaycan XİN Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı Tehranda keçirilən aksiyanı polisin vəhşicəsinə dağıtmasına görə İrandan izahat tələb etməlidir"

Siyasət Materials 6 Mart 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 6-da keçirilən iclasında deputat Nəsib Nəsibli bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlıların Tehranda Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı keçirdiyi aksiyanı polisin vəhşicəsinə dağıtmasına görə İrandan izahat tələb etməlidir.

Xocalıda qətlə yetirilənlərin müsəlman olduğunu xatırladan N.Nəsibli fevralın 26-da, Xocalı soyqırımının 15-ci ildönümündə Ermənistanın Tehrandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyasını islam respublikasının polis qüvvələrinin dağıdıldığını vurğulayıb.

Güneyli milli fəalların Tehranda işgəncələrin simvoluna çevrilmiş Evin həbsxanasında saxlandığını deyən N.Nəsibli Ermənistan səfirliyi qarşısında tutulanlardan Əkbər Azadın da həmin həbsxanaya salındığını qeyd edib.Güneyli milli fəalların Tehranda işgəncələrin simvoluna çevrilmiş Evin həbsxanasında saxlandığını deyən N.Nəsibli Ermənistan səfirliyi qarşısında tutulanlardan Əkbər Azadın da həmin həbsxanaya salındığını qeyd edib.N.Nəsibli Tehranda Xocalı aksiyasının dağıdılması ilə bağlı Milli Məclisdə dinləmələr keçirməyi təklif edib.N.Nəsibli Tehranda Xocalı aksiyasının dağıdılması ilə bağlı Milli Məclisdə dinləmələr keçirməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti