...

Azərbaycan Fövqəladə Hallar Nazirliyi bir neçə rayona növbəti yardım göndərib

Siyasət Materials 7 Mart 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Z?rbal?yeva/ Bu gün Fövqəladə Hallar Nazirliyi təbii fəalakət nəticəsində bəzi rayonlara dəymiş ziyanın aradan qaldırılması məqsədilə müxtəlif tikinti materiallarından ibarət növbəti avtomobil karvanını Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı və Qusar rayonlarına yola salıb.

Bu karvanla nazirliyin ehtiyat fondu hesabına alınan 8000 ədəd şifer, 3000 kvadrat metr pəncərə şüşəsi, 80 kub metr taxta adları çəkilən rayonlara çatdırılacaq.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət müvafiq komissiya yerlərdə güclü küləyin vurduğu ziyanın müəyyənləşdirilməsi işini davam etdirir.

Martın 3 - də Fövqəladə Hallar Nazirliyi tərəfindən Lerik, Yardımlı, Masallı, Astara, Lənkəran, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Yevlax, Göyçay, Ucar, Zərdab rayonlarına yardım yola salınıb.

Xəbər lenti

Xəbər lenti