...

Azərbaycan XİN başçısı ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib

Siyasət Materials 7 Mart 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ 07 mart 2007-ci ildə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı Ofisinin rəhbəri Xose Luis Herrero Ansolanı qəbul edib.

Tərəflər ATƏT təsisatları və Bakıdakı ofislə əlaqələrin inkişafının yüksək dinamika ilə inkişaf etdiyini vurğulayıb, uğurla həyata keçirilən birgə layihələr barədə müzakirələr aparıblar.

Görüş zamanı son illər Azərbaycan hökumətinin çağdaş dünya tələblərinə uyğun azad cəmiyyət quruculuğu, demokratik idarə sistemi, ölkədə təşəkkül tapmış söz və vicdan azadlığı kimi nailiyyətlər haqqında danışılıb, bu istiqamətlərdə Azərbaycanın ATƏT-in müxtəlif qurumları ilə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti