...

Azərbaycan prezidenti və Türkiyənin baş naziri Bakıda hər iki tərəfi maraqlandıran məsələləri müzakirə ediblər

Siyasət Materials 9 Mart 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend A.İsmayılova/Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanı qəbul edib. Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Görüşdə həmçinin beynəlxalq əhəmiyyətli məsələlər, regional layihələrin reallaşdırılması, həmçinin bu layihələrin regionda inkişaf və sabitliyə təsiri müzakirə olunub.

İ.Əliyev və R.T.Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının I Forumunun Bakıda keçirilməsinin son dərəcə yüksək əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti