...

Azərbaycan prezidenti Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb

Siyasət Materials 12 Mart 2007 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam verib. Bununla əlaqədar Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılıb ki, Yazıçılar Birliyinin yerləşdiyi binanın əsaslı təmiri ilə bağlı təkliflər hazırlayaraq bir ay müddətində prezidentə təqdim etsin. Bakı Şəhər İcra Hakimiyyətinə isə Abşeron yarımadasında Azərbaycan Yazıçılar Birliyi üzvləri üçün yaradıcılıq evinin tikilməsi ilə bağlı təkliflər hazırlamaq həvalə olunub.

Azərbaycan Nazirlər Kabinetinə Yazıçılar Birliyi ilə bərabər yaşlı və gənc nəsil yazıçıların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun yaradılması və istifadəsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti