...

QHT-lər haqqında qanun layihələri parlamentə təqdim olunub

Siyasət Materials 13 Mart 2007 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Qeyri-Hökumət Təşkilatları Forumu qeyri-hökumət təşkilatları (QHT) haqqında qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutan qanun layihələrini parlamentə təqdim edib. Bu barədə məlumat verən QHT Forumunun sədri Azay Quliyev bildirib ki, Milli Məclisə təqdim etdikləri layihələrin bu il müzakirəyə çıxarılacağı gözlənilir.

A.Quliyev qeyd edib ki, "Qeyri-Hökumət Təşkilatları-İctimai Birliklər və Fondlar haqqında" qanun layihəsi iki hissəyə bölünüb. Bundan sonra "İctimai birliklər haqqında" və "Fondlar haqqında" ayrıca qanunlar olacaq.

"Azərbaycanda xeyriyəçilik fəaliyyəti anlayışı doğru qəbul olunmur. Ona görə də "Xeyriyəçilik fəaliyyəti haqqında" qanun layihəsini parlamentə təqdim etmişik. Bundan başqa "Könüllülər haqqında" qanun layihəsi hazırlamışıq. Bizim hesablamalarımıza görə Azərbaycanda qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin tərkibində 225 min könülü fəaliyyət göstərir. Onların fəaliyyətini tənzimləyən qanuna ehtiyac var", -deyə A.Quliyev bildirib.

Xəbər lenti

Xəbər lenti