...

NATO-nun xüsusi nümayəndəsi Azərbaycanın milli təhlükəsizlik naziri ilə görüşüb

Siyasət Materials 15 Mart 2007 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın milli təhlükəsizlik nairi general-leytenant Eldar Mahmudov ölkəmizdə işgüzar səfərdə olan NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib. Bu barədə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən məlumat verilib.

Nazir Mahmudov NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planının müvəffəqiyyətlə həyata keçirildiyini, prezident İlham Əliyevin Alyansla əməkdaşlığın gücləndirilməsinə dair qəbul etdiyi qərarların mühüm rol oynadığını deyib.

Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirən Simmons Azərbaycanın Fərdi Tərəfdaşlıq Əməliyyat Planının icrası üzrə müvafiq dövlət qurumlarının, o cümlədən MTN-nin gördüyü işlərdən NATO-nun məmnun qaldığını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti