...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Strasburqa yola düşüblər

Siyasət Materials 26 Mart 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA)    nümayəndə  heyətinin  rəhbəri, Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr  daimi  komissiyasının  sədri  Səməd  Seyidovun  başçılığı ilə parlament nümayəndə heyəti qurumun Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün martın 26-d Fransanın Strasburq  şəhərinə yola düşüblər. Nümayəndə  heyətinin  tərkibinə  deputatlardan  Gültəkin  Hacıyeva və Aydın Abbasov daxildirlər. Səfər martın 29-na kimi davam edəcək.

AŞPA-a Monitorinq Komitəsinin iclasında Azərbaycanın  və Monakonun təşkilat   qarşısında   öhdəliklərinin  yerinə  yetirilməsinə  dair  məruzələrin  layihələri müzakirə olunacaq. İclasda həmçinin Ukraynaya edilmiş   faktaraşdırıcı  səfərin  nəticələri, Albaniyada  keçirilmiş  bələdiyyə  seçkilərinin yekunları, İtaliyada  elektron medianın inhisarı barədə məsələlərə baxılacaq,  Bosniya-Hersoqovina, Gürcüstan və Serbiyaya gözlənilən faktaraşdırıcı  səfərlərlə əlaqədar fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti