...

XİN başçısı müavini: Azərbaycan və Rusiya sərhədlərinin müəyyənləşdirilməsi üçün müqavilə hazırlanır

Siyasət Materials 27 Mart 2007 12:34 (UTC +04:00)
XİN başçısı müavini: Azərbaycan və Rusiya sərhədlərinin müəyyənləşdirilməsi üçün müqavilə hazırlanır

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan və Rusiya sərhədlərinin demarkasiya işləri delimitasiya məsələləri tam başa çatdıqdan sonra başlanılacaq. Delimitasiya məsələlərinin tam başa çatması üçün komissiya səviyyəsində bütün sahələr araşdırılır. Bu barədə Azərbaycan-Rusiya sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyasının həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Xələfov bildirib ki, müvafiq sahələr razılaşdırılandan sonra komissiyanın protokolları əsasında müqavilə layihəsi imzalanacaq. Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsində Azərbaycan Rusiya ilə daha çox irəli gedib, nəinki Gürcüstanla. Gürcüstanla sərhədin cəmi 60 faizi razılaşdırılıb.

XİN rəsmisi Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və delimarkasiya üzrə komissiyasının növbəti görüşünün Gürcüstanda keçiriləcəyini deyib: "Görüşdən öncə ekspertlər səviyyəsində müəyyən işlərin görülməsi nəzərdə tutulub. Normativ-hüquqi, yer, torpaq quruluşu sənədləri yenidən araşdırılır. Bunlar tam müəyyənləşdirildikdən sonra komissiyanın növbəti iclasının vaxtı dəqiqləşdiriləcək".

Xəbər lenti

Xəbər lenti