...

Azərbaycanın birinci xanımı YUNESKO Xoşməramlı Səfirlərinin iclasında iştirak edəcək

Siyasət Materials 2 Aprel 2007 17:25 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO Xoşməramlı Səfirlərinin illik iclasında iştirak edəcək. İclas 3-4 aprel tarixində Parisdə təşkilatın mənzil qərargahında keçiriləcək. Bu barədə bazar ertəsi günü Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova məlumat verib.

Onun sözlərinə görə, iclasda Azərbaycanın birinci xanımının YUNESKO Xoşməramlı Səfiri kimi il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş çıxışı planlaşdırılır. İclasda iştirak çərçivəsində birinci xanım YUNESKO baş katibi, Xoşməramlı Səfirlər və təşkilatın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti