...

Nazir müavini: Sərhədlərin delimitasiyası Komissiyası "Keşikçi dağ" kompleksinin tarixi əhəmiyyəti ilə məşğul olmur

Siyasət Materials 3 Aprel 2007 17:47 (UTC +04:00)
Nazir müavini: Sərhədlərin delimitasiyası Komissiyası "Keşikçi dağ" kompleksinin tarixi əhəmiyyəti ilə məşğul olmur

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə axşamı bildirib ki, onun da həmsədri olduğu Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Gürcüstan-Azərbaycan Dövlət Komissiyası sərhədin Gürcüstanla razılaşdırlmamış hissəsində qalan "Keşikçi dağ" kompleksinin tarixi əhəmiyyəti ilə məşğul olmur.

Nazir müavini bu barədə Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilinin bu günkü bəyanatını şərh edərkən bildirib. Gürcü nazir David Qareci monastr kompleksinin əslində alban mədəniyyəti nümunəsi olması və "Keşikçi dağ" adlanması bəyanatından narazılığını ifadə edib.

Buna cavab olaraq bu gün Bakıda Xələfov belə bəyanat vermədiyini və komissiyanın sərhəd xəttinin müəyyənləşdirilməsi ilə məşğul olduğunu bildirib. David Qareci monastr kompleksinin əslində alban mədəniyyəti nümunəsi olması barədə bəyanatı isə Torpaq və xəritəçəkmə komitəsinin rəhbəri Qərib Məmmədov verib.

David Qareci monastrı Gürcüstan və Azərbaycan sərhədində yerləşir. Bununla yanaşı, bir neçə monastr kompleksi Gürcüstan ərazisində yerləşsə də, onların bir hissəsi Azərbaycan ərazisindədir.

Xəbər lenti

Xəbər lenti