...

Azərbaycan prezidenti Şəhidlər Xiyabanında olub

Siyasət Materials 3 Aprel 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı günü Şəhidlər Xiyabanında olub, ölkə başçısının imzaladığı sərəncama uyğun olaraq burada aparılacaq təmir və yenidənqurma işləri ilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Dövlət başçısı kompleksin ümumi bədii-estetik görkəminin milli-mənəvi dəyərlərə uyğunlaşdırılması zərurətini bildirib.

Sonra İ.Əliyev vaxtilə S.M.Kirovun heykəlinin yerləşdiyi əraziyə baş çəkib. Burada İstiqalal Muzeyi və İstiqlal abidəsi yerləşəcək. Prezident bu kompleksin tikintisi ilə bağlı da lazımi göstəriş və tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti