...

Azərbaycan və ABŞ hərbi məsləhətləşmələr aparacaq

Siyasət Materials 4 Aprel 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Aprel ayının ortalarında Vaşinqtonda Azərbaycan və ABŞ arasında hərbi-siyasi sahədə əməkdaşlıq sahəsində növbəti məsləhətləşmələr aparılacaq. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentində aparılacaq danışıqlarda Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək. ABŞ danışıqlarda dövlət katibinin müavini və digər rəsmi şəxslərlə təmsil olunacaq. Henik görüşün gündəliyinin hələ müəyyən olunmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti