...

Azərbaycanın aparıcı müxalifət partiyalarından biri yeni bloka qoşulmayacaq

Siyasət Materials 6 Aprel 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müsavat Partiyası müxalifətin yeni birliyinin yaradılması prosesində iştirak etmir və formalaşdırılacaq mərkəzdə təmsil olunmayacaq. Bu barədə cümə günü Bakıda Müsavat Partiyası Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

A.Hacılı qeyd edib ki, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun təşəbbüsü ilə yaradılan yeni birlikdə daha çox partiya sədrlərinin təmsil olunması nəzərdə tutulub.

"Məndə olan məlumata görə, bü təşəbbüs çərçivəsində liderlərin bir görüşü keçirilib. Lakin Müsavat Partiyasının başqanı İsa Qəmbər həmin görüşdə iştirak etməyib" -deyə Arif Hacılı vurğulayıb.

O bildirib ki, buna baxmayaraq Müsavat müxalifət partiyaları arasında inteqrasiyanın olmasında maraqlıdır.

KXCP sədri Mirmahmud Mirəlioğlu müxalifətin yeni birliyinin yaradalması üçün 15-ə yaxın partiya ilə danışıqlar aparır və yaxın günlərdə yeni birliyinin yaradıldığı elan olunacaq. M.Mirəlioğlu bir neçə dəfə bildirmişdi ki, o, Müsavat başqanı İsa Qəmbərlə də müzakirələr aparır.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti