...

Azərbaycan prezidenti Pasxa bayramı münasibətilə Pravoslav Xristian İcmasını təbrik edib

Siyasət Materials 6 Aprel 2007 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Pasxa bayramı münasibətilə cümə günü Azərbaycanın Pravoslav Xristian İcmasına təbrik ünvanlayıb. İlham ƏliyevAzərbaycanın bütün xristianlarını təbrik edib, onlara cansağlığı, firavan həyat arzulayıb.

Prezident əsrlər boyu dünya dinlərinin Azərbaycanda qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərdiyini, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında böyük rol oynadığını deyib. Dövlət başçısı bildirib ki, müasir mərhələdə milli azlıqların dil və mədəniyyətinin inkişafı, etnik-mədəni müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması Azərbaycan hökumətinin xüsusi diqqət və qayğıyla yanaşdığı məsələlərdəndir.

"Müstəqil Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənib, vicdan azadlığının maneəsiz həyata keçirilməsi üçün lazımi siyasi-mənəvi şərait yaradılıb. Bu gün ölkənin dindar təbəqəsi, o cümlədən xristian icması öz dini etiqad və inanclarını, adət-ənənələrini, bayram və mərasimlərini azad, sərbəst şəkildə icra edir, respublikanın ictimai-siyasi, mədəni-mənəvi həyatında və vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər"-deyə prezidentin təbrik məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti