...

Azərbaycan Hindistanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 11 Aprel 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanla Hindistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Hindistanın ticarət üzrə dövlət naziri Cairam Rameşi qəbul edərfən bildirib.

İqtisadi əlaqələrin ölkələrimizin potensialına uyğun gəlmədiyini deyən Prezident iqtisadi əlaqələrin səviyyəsindən narazılığını bildirib. İlham Əliyev Hindistan nümayəndə heyətinin bu səfərinin ticari-iqtisadi əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti