...

Bakıda Rusiya XİN rəhbərinin Azərbaycana səfərinə hazırlıq məsələləri müzakirə olunub

Siyasət Materials 12 Aprel 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Rusiya XİN-in idarə rəsisi Aleksandr Çepurin cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana qarşıdakı rəsmi səfərinə hazırlıq məsələlərini müzakirə edib. Səfər may ayının 21-22-nə nəzərdə tutulub. Səfər zamanı Azərbaycan və Rusiya arasında aktual olan ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Dövlət başçısı ilə görüşdə həmçinin Azərbaycanda yaşayan ruslarla bağlı da məsələ müzakirə olunub. Xaricdə yaşayan rusiyalı həmvətənlərin müdafiəsi üzrə Hökumət Komissiyasının katibi olan Çepurinin sözlərinə görə, bu gün Rusiya hüdudlarından kənarda 35 milyondan çox rus yaşayır ki, bunların da xeyli hissəsi Cənubi Qafqazdadır. O, Azərbaycan hökuməti tərəfindən həmvətənlərinin yaşayışı, təhsili aması və dini etiqadı üçün yaradılmış şəraitdən razılığını ifadə edib. Çepurin qeyd edib ki, tolerantlıq məsələsində Azərbaycan ilk yerlərdən birindədir.

Xəbər lenti

Xəbər lenti