...

ADP müxalifətin icazəsiz aksiyalarında iştirak etməyəcək

Siyasət Materials 13 Aprel 2007 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) müxalifətin keçirəcəyi icazəsiz aksiyalarda iştirak etməyəcək. Bu barədə Cəlaloğlu açıqlama verib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər müxalifət partiyalarının birgə aksiyalar keçirməsini, birgə mitinq komitəsi yaradılmasını təklif edib. Bu çağırışa münasibətini açıqlayan Cəlaloğlu qeyd edib ki, ADP mayın sonuna kimi heç bir kütləvi tədbirə qatılmayacaq, hər hansı partiya ilə ikitərəfli, çoxtərəfli əməkdaşlıq etməyəcək.

"Mayda bizim qurultayımız keçirildikdən sonra müxalifətlə əməkdaşlıq, prezident seçkilərində iştirak kimi məsələlərə dair mövqeyimizi müəyyən edəcəyik. Bu zaman yeni siyasi strategiyamıza uyğun addımlar atacağıq. Əgər hansısa partiya ilə əməkdaşlıq, yaxud mitinqlərdə iştirak məsələsi yeni strategiyaya uyğun gəlməyəcəksə, iştirak etməyəcəyik" -deyə Cəlaloğu qeyd edib.

Xəbər lenti

Xəbər lenti