...

Həmməruzəçi: "AŞPA-nın hesabatı Azərbaycanın ciddi problemləri üzərində qurulub"

Siyasət Materials 16 Aprel 2007 11:30 (UTC +04:00)
Həmməruzəçi: "AŞPA-nın hesabatı Azərbaycanın ciddi problemləri üzərində qurulub"

Azərbaycan, Bakı / Trend / Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası üçün Estoniya parlamentinin deputatı Andres Herkel (Andres Herkel) və britaniyalı parlamentari Toni Lloydun hazırladıqları hesabatda Azərbaycanın siyasi həyatının ciddi problemləri əks olunub. BNS-in Herkelə istinadən yazdığına görə, Avropa Şurası Azərbaycandakı hadisələrin inkişafını diqqətlə izləyir. Avropa Şurasının daimi nəzarəti Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasına, habelə mətbuat azadlığının möhkəmlənməsinə yardım göstərib.

Herkel bildirib ki, hazırda Azərbaycanda ölkənin hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu addımlar ilk növbədə hakimlər və vəkillər üçün nəzərdə tutulan təlimləri əhatə edəcək. "Təcrübə göstərir ki, hesabat işıq üzü görənə qədər hakimiyyət yüngül güzəştlərə gedir. Məqsəd vəziyyəti yumşaltmaq və daha müsbət qiymət almaqdır " - deyə estoniyalı siyasətçi vurğulayıb.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.

Xəbər lenti

Xəbər lenti