...

Səfir:Gürcüstan Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına meyllidir

Siyasət Materials 16 Aprel 2007 16:13 (UTC +04:00)
Səfir:Gürcüstan Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına meyllidir

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri müsbət qiymətləndirir və ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsinə meyllidir. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə Gürcüstanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri İrakli Çubinişvili bəyan edib.

Gürcüstan səfiri xüsusi olaraq qeyd edib ki, Azərbaycan tərəfindən əhəmiyyətli energetik layihələrin reallaşdırılması ümumilikdə bütün region üçün çox böyük əhəmiyyətə malikdir. "Gürcüstan rəhbərliyi bütün bu layihələrin yaxın gələcəkdə reallaşmasında maraqlıdır və mən bunun hamısının həyata keçirilməməsi üçün heç bir səbəb görmürəm. Gürcüstanın Azərbaycanla ikitərəfli və hərtərəfli əməkdaşlığa çox müsbət yanaşır və bu da bizim tarixi münasibətlərimizin perspektivliyindən irəli gəlir", - deyə İrakli Çubinişvili bildirib.

Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafına Ermənistanın regiondakı qeyri-konstruktiv siyasəti ilə mane olması barədə sualı cavablandıran səfir qeyd edib ki, Gürcüstanın Ermənistanla və Azərbaycanla çox yaxşı əməkdaşlıq münasibətləri var və bu, ikitərəfli layihələrə mane olmamalıdır. "Ümid edirik ki, regiondakı bütün münaqişələr və problemlər yoluna qoyulacaq və özünün ədalətli həllini tapacaq", deyə Gürcüstanın RF-dəki səfiri yekun vurub.

Xəbər lenti

Xəbər lenti