...

Türkiyənin müsəlman ölkəsi olması Avropa Birliyinə daxil olmaması üçün səbəb deyil – AŞPA prezidenti

Siyasət Materials 16 Aprel 2007 16:54 (UTC +04:00)

Fransa,Strasburq/müxbir Trend E.Məcidli/Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün atdığı addımları alqışlayır. Trend in xüsusi müxbirinin məlumatına əsasən, bu gün Strasburqda mətbuat konfransında Rene van der Linden bəyan edib ki, Avropa Birliyi yalnız xristianlardan ibarət deyil, Türkiyənin müsəlman ölkəsi olması Türkiyəyə rədd cavabı verilməsi üçün səbəb deyil.

AŞPA prezidenti Kiprə səfərindən və Şimali və yunan Kipri arasında problemlərin artıq daha aydın görünməsindən məmnunluğunu bildirib. O məlumat verib ki, Şimali Kipr Türk Respublikasının prezidenti Mehmet Əli Tələti oktyabrda Avropa Şurasına səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti