...

Strasburqda AŞPA-nın yaz sessiyasında Azərbaycanın öhdəlikləri müzakirə olunub

Siyasət Materials 16 Aprel 2007 21:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Aprelin 16-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk iclasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə olunub. Müzakirələrin əvvəlində Avropa Şuarasının Monitorinq komitəsinin həmməruzəçiləri Andres Herkel və Toni Lloyd çıxış edərək öz məruzələrini təqdim ediblər. Toni Lloyd Azərbaycanda məhbusların sayının azaldığını və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyinə ümidvaz olduğunu razılıqla bildirib.

Daha sonra müzakirə olunan məsələ üzrə mübahisələr başlayıb. Xüsusilə deputat Leo Platvoet tənqidi formada çıxış edib. O qeyd edib ki, Azərbaycan iqtisadiyyatında inkişaf cəhdləri ictimai inkişafa gətirib çıxarmayıb və ölkə "demokratiyaya doğru çox yavaş irəliləyir". O həmçinin Azərbaycanda azad söz və mətbuatın vəziyyətindən narazılığını ifadə edib.

Milli Məclisin deputatı Gültəkin Hacıyeva bildirib ki, ölkədə qanunvericilik bazasını dəyişmək çox asandır, amma xalqın mentalitetini dəyişmək çətindir. Onun sözlərinə görə, demokratiyanın əvvəli var, amma sonu yoxdu və Azərbaycan da maraqların kəsişdiyi ölkədir. Buna görə də bu qədər qaçqının və 20 faiz ərazinin işğal olunduğu ölkədə demokrtaiyanı inkişaf etdirmək çətindir, deyə o əlavə edib.

Azərbaycan Parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmməruzəçilərə minnətdarlığını bildirirək, Avropa Şurası tarixində ilk dəfə məruzənin parlament nümayəndə heyəti ilə birgə hazırlandığını bildirib. Onun sözlərinə görə, Azərbaycan demokratiyanın inkişafı planınada gənc ölkədir, amma xalq Avropa dəyərlərini mənimsəməyə qərar verib və buna sübutu Azərbaycanın Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti Proqramına qoşulmasdır.

Azərbaycan tərəfdən həmçinin Milli Məcclisi deputatı Əli Hüseynov da çıxış edib. "Biz insan hüquqları ilə bağlı məsələni ciddi surətdə həll etməyi qərara almışıq. Azərbaycan Ədliyyə Nazirliyi qarşısında yeni türmələrin, həmçinin ömürlük azadlıqdan məhrum edilmişlər üçün türmələrin tikintisi tapşırığı qoyulub. Həmçinin biz məhkəmə sistemində mühim islahatlar aparmışıq", deyə o bildirib.

Sonda məruzəyə tənqidi iradlara cavab verən Herkel ölkədəki vəziyyətə tam olaraq 2008-ci ildə keçiriləcək prezident seçkilərindən sonra aydınlıq gələcəyini bildirib. O həmçinin Monitorinq komitəsinin 16 apre l Strasburqdakı iclasında Azərbaycan müxalifətinin nümayəndələrinin olmamasınadan təəccübünü ifadə edib.

Lloyd qeyd edib ki, aAzırbaycanda olan irəliləyişi təsdiq edir, amma bu prezident seçkilərindən sonra daha gerçək olaraq üzə çıxacaq.

Xəbər lenti

Xəbər lenti