...

Azərbaycanın yeni müxalifət partiyası "Azadlıq" blokuna qoşulmayacaq

Siyasət Materials 19 Aprel 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yeni təsis olunan Açıq Cəmiyyət Partiyası (ACP) müxalifətçi "Azadlıq" blokunda təmsil olunmaq üçün müraciət etməyəcək. Bu barədə partiyanın sədri Akif Şahbazov açıqlama verib.

Şahbazov qeyd edib ki, yaxın zamanlarda hər hansı siyasi partiya və bloklarla əməkdaşlıq qurulması nəzərdə tutulmur. Çünki partiyanın bütün siyasi qüvvələrlə münasibətlərinə dair strategiyası müəyyənləşməlidir. Şahbazov ACP-nin "Azadlıq" blokuna müraciət edəcəyi barədə yayılmış məlumatları təkzib edib. Onun sözlərinə görə, ACP-nin lideri Rəsul Quliyev də həmin bloka təkrar qoşulmaq barədə məsələ qaldırmayıb.

Xatırladaq ki, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1998-ci ildən Azərbaycan Demokrat Partiyasının sədri olub. ADP 2005-ci ildən "Azadlıq" blokunda təmsil olunub. Bu ilin fevralında ADP-də yaranmış fikir ayrılıqlarından sonra ADP "Azadlıq" blokundan çıxıb və Quliyevin tərəfdarları öz qurultaylarını keçirərək Açıq Cəmiyyət Partiyasını təsis ediblər.

Xəbər lenti

Xəbər lenti