...

Siyasi partiyalar Azərbaycan jurnalistinin həbsi ilə bağlı şərh verir - versiya 1

Siyasət Materials 20 Aprel 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət partiyaları cümə günü Yasamal rayon məhkəməsinin qərarı ilə "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin həbsini pisləyirlər.

Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Milli İstiqlal, Müsavat partiyaları, "Azərbaycan yolu" Siyasi Hərəkatı və digər siyasi, ictimai təşkilatlar bəyanat yayıblar.

Siyasi qurumlar Fətullayevin barəsində irəli sürülən ittihamları "saxta" adlandırır, onun həbsini peşə fəaliyyəti ilə əlaqələndirirlər. Müxalifət partiyaları jurnalistin həbsini ölkədə söz və mətbuat azadlığının sıxışdırılması, jurnalistlərə təzyiqlərin davamı, beynəlxalq birliyin tələblərinin rədd edilməsi kimi qiymətləndirirlər.

Siyasi qurumlar Fətullayevin həbsinin Azərbaycan dövlətinin imicinə xələl gətirdiyini düşünür və onun azadlığa buraxılmasını tələb edirlər.

Cümə günü Yasamal rayon məhkəməsində "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin barəsində iki il altı ay müdətinə həbs qərarı çıxarılıb və o, məhkəmə zalında həbs edilib.

Xəbər lenti

Xəbər lenti