...

Gürcü alimi hesab edir ki, xarici ölkələrdəki erməni diasporları yerli əhaliyə təhlükə yaradır

Siyasət Materials 23 Aprel 2007 16:11 (UTC +04:00)
Gürcü alimi hesab edir ki, xarici ölkələrdəki erməni diasporları yerli əhaliyə təhlükə yaradır

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Tiflisdə "N.Baqramyan adına erməni batalyonu və Abxaziyada gürcülərin etnik təmizlənməsi" kitabı nəşr olunub. Kitabın müəllifi Bondo Arveladzenin Trend in xüsusi müxbirinə bildirdiyinə görə, kitabda abxaziyalı separatçılar tərəfindən yaradılmış erməni Baqramyan batalyonunun gürcülərin məhv edilməsində iştirakını sübut edən faktlar əks olunub.

"Baqramyanın dəstəsi 1993-93-cü illərdə gürcülərə qarşı provokasiya müharibəsində, həmçinin gürcülərin etnik təmizlənməsi və genosidində fəal iştirak edib. Buna görə erməni tərəfi nəinki gürcülər qarşısında üzr istəməyib, əksinə, etika, əxlaq və beynəlxalq hüququn bütün sərhədlərini aşan müxtəlif iddialar irəli sürür", - deyə Bondo Arveladze Trend ə bəyan edib.

Kitabın müəllifi məlumat verib ki, dəfələrlə Ermənistanın dini və kübar liderlərinə, həmçinin bütün ermənilərin Katalikosu II Qaragenə və ölkə prezidenti Robert Köçəryana ermənilərin Abxaziyadakı hərəkətlərinə görə üzr istəməsi təklifi ilə müraciət edib. Belə ki, Baqramyan batalyonu gürcülərə qarşı xüsusi amansızlıqla fərqlənib. Lakin heç bir cavab almayıb, deyə o qeyd edib. "Susmaq isə Abxaziya ermənilərinin iştirak etdiyi əsrin həmin genosidi və etnik təmizləmənin dəstəklənməsinə bərabərdir", deyə o qeyd edib.

Arveladze vurğulayıb ki, əsrlər ərzində gürcülər erməniləri xilas edən xalq olduğuna görə bu qəbuledilməzdir. "Gürcülər erməni xalqının saxlanmasında həlledici səsə malik olan xalqdır", deyə kitab müəllifi qeyd edib.

Arveladze qeyd edib ki, kitab xüsusi əhəmiyyətə malikdir və Abxaziyada erməni diasporunun həyata keçirdiyi cinayətkar əməllərdən söhbət açır. "Bu fakt onu göstərir ki, harada erməni diasporu varsa, orada tarixən yerli əhalinin genosidinin həyata keçirilməsində bu cür fəallığı gözləmək olar. Dünya tarixində olan bir neçə fakt buna sübutdur", - deyə kitab müəllifi bəyan edib.

Kitaba Baqramyan batalyonundan olan ermənilərin gürcülərin qovulmasında iştirakına aid yüzlərlə sübutlar daxil edilib. Həmin sübutları Gürcüsatının baş prokurorluğunda saxlanılan cinayət işlərinin başlıqları təşkil edir. Batalyonun "qəhrəmanlığı" həmçinin abxaziyalı müəllif R.Xocaanın nəşr etdirdiyi "1992-93-cü illərdə Abxaziya xalqının vətən müharibəsində erməni batalyonu" kitabında da əks olunub.

Xəbər lenti

Xəbər lenti