...

Alimlər 1915-ci ildə Türkiyədə yaşayan ermənilər və o dövrün hadisələri barədə açıqlamalar verir

Siyasət Materials 24 Aprel 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqız?/ Türkiyənin, İngiltərənin 1915-ci ilə dair rəsmi statistikalarına əsasən, həmin dövrdə Türkiyədə ümumilikdə bir milyon 300 min erməni yaşayıb. 1915-ci il aprelin 24-də Tələt Paşanın imzaladığı fərman Türkiyədə yaşayan cəmi 300 min erməninin ölkənin bir yerindən başqa yerinə köçürülməsinə aid idi.

Bu məlumatlar çərşənbə axşamı Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə Atatürk Mərkəzində keçirilən toplantıda açıqlanıb. Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov bildirib ki, 1915-ci ildə Şərqi Anadoluda yaşayan ermənilərin Türkiyənin başqa ərazilərinə köçürülməsi o dövrün ən neytral, ədalətli siyasətçisi olan Tələt Paşanın əslində ermənilərə çox böyük güzəşti idi. Çünki yaşadıqları ölkəyə xəyanət edən qruplaşmalar ya məhv edilməli, ya da dinc şəkildə zərərsizləşdirilməli idi. Ona görə də Türkiyə humanistlik göstərərək erməniləri sadəcə bir yerdən başqa yerə köçürüb.

Azrbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov məruzəsində qeyd edib ki, Türkiyənin rəsmi statistikası və arxiv sənədlərinə əsasən, 1914-cü ildən 1917-ci ilədək (üç il ərzində) Türkiyədə müxtəlif səbəblərdən (döyüşlərdə, xəstəliklərdən və s.) ölən ermənilərin sayı 302 min nəfər olub. Bu isə o deməkdir ki, ermənilərin guya 1915- ci ilin aprelində Türkiyədə bir milyon yarım erməninin öldürülməsi barədə iddiaları nəinki həqiqəti əks etdirmir, əksinə, ifrat dərəcədə şişirdilmiş uydurmalardır. Erməni qruplaşmaları 1915-ci ildə Türkiyədə 600 nəfər türkü qətlə yetiriblər.

Xəbər lenti

Xəbər lenti